SHIRVAN POULTRY COMPANY
Şirvan Quşçuluq “Azerbaijan Business Award 2024” Mükafatına Layiq Görüldü
“Yüksək Keyfiyyət Standartları – Quşçuluq”.
4/30/20251 dəqiqə oxu


Şirvan Quşçuluq
“Azerbaijan Business Award 2024”
Mükafatına Layiq Görüldü
2025-ci il martın 1-də “Buta Palace”da keçirilən “Azerbaijan Business Award” mükafatlandırma mərasimində Şirvan Quşçuluq Şirkəti “Yüksək Keyfiyyət Standartları – Quşçuluq” nominasiyası üzrə mükafatla təltif olundu.
Ümumilikdə 300 nəfərə yaxın iştirakçı ölkənin ən uğurlu və innovativ şirkətlərini bir araya gətirdi.Tədbirdə dövlət qurumlarının nümayəndələri, ölkənin tanınmış şirkət rəhbərləri, biznes sahəsində fəaliyyət göstərən peşəkarlar və beynəlxalq qonaqlar iştirak edirdi. Ümumilikdə 300 nəfərdən çox iştirakçının qatıldığı mərasim barədə ətraflı ARB24, Marja.az və Insider.az portallarında da məlumat verilib.
Şirvan Quşçuluq olaraq, biz bu mükafatı yalnız məhsullarımıza deyil, həm də prinsiplərimizə verilən dəyər kimi qiymətləndiririk. Halallıq, gigiyena, şəffaflıq və yerli istehsal dəyərlərini qoruyaraq, hər gün minlərlə insanın süfrəsinə güvən və sağlamlıq aparmaq bizim əsas vəzifəmizdir.
Direktorumuzun sözləri ilə desək:
“Bu mükafat əməkdaşlarımızın əməyi, müştərilərimizin etimadı və partnyorlarımızın dəstəyi ilə mümkün oldu. Biz bu etimadı gələcəkdə daha yüksək keyfiyyətlə və yeniliklərlə doğrultmağa davam edəcəyik.”
Bu uğur bizim üçün yeni mərhələnin başlanğıcıdır. Məqsədimiz yalnız yerli bazarda deyil, regional və beynəlxalq miqyasda da Azərbaycan məhsulunun gücünü nümayiş etdirməkdir.
Bir daha bütün kollektivimizi və bizi seçənləri təbrik edirik!